Dünya 14:10 25.09.2018

Xalq küçələrə axışdı: hökumət vergini ləğv etdi

İordaniyadan böyük aksiyalardan sonra hökumət illik gəliri 25 min dollardan az olan ailələrin vergidən azad olunmaları barədə qərar qəbul edib.

Qaynarinfo xəbər verir ki, hökumətin qərarına əsasən ölkədəki bankların vergisi isə 35 faizdən 37 faizə qədər artırılıb. Daha öncəki qanun layihəsinə əsasən illik gəliri 17 min dinar (təxminən 25 min dollar) olan ailələr vergi verməli idi.

Xatırladaq ki, İordaniya ictimaiyyətində Beynəlxalq Maliyyə Fondunun diktəsi ilə gəlir vergisi ilə bağlı qanun layihəsi may ayında hökumət tərəfindən Nümayəndələr Palatasına təqdim edilmişdi. Lakin xalq arasında etirazların artmasından sonra ölkənin baş naziri Hani əl-Mülk istefa vermiş, Ömər ər-Rəzzaz yeni hökuməti qurduqdan sonra qanun layihəsi geri çəkilmişdi.

BMF İordaniya hökumətindən 100 milyon dinara (təxminən 141 milyon dollar) çatan vergi yayınmalarına son qoymaq və 180 milyon dinarlıq (təxminən 253,8 milyon dollar) vergi yığımı üçün tələb irəli sürmüşdü.

Qeyd edək ki, sabiq baş nazirin müşaviri Rəcai əl-Məşər qatıldığı televiziya proqramında BMF-nin hazırkı vergi layihəsinin təsdiq olunmasını tələb etdiyini söyləmiş, lakin Nümayəndələr Palatasının sədri Atıf ət-Taravne Parlamentin BMF-dən əmr və təlimat almadığını və vergi layihəsində ediləcək dəyişikliklərin sadəcə milli maraqlar çərçivəsində ediləcəyini bildirmişdi.