Beynəlxalq Mətbuat Mərkəzində Xalqxeber.Az portalının 2 illik fəaliyyətinə dair mətbuat konfransı keçirilib.
Tədbirdə saytın bu günədək olan fəaliyyəti haqda məlumat verilib.
Portalın baş redaktoru Peyman Sadıqov Kanal13-ə bildirdi ki, xalqxeber.az saytı 2 il ərzində daima gənclərin səsini işıqlandırıb və onların pəncərəsi olmağa çalışıb.
Baş redaktor onu da əlavə edib ki, qarşıya qoyulan əsas məqsəd portalın Azərbaycan internet məkanında ən güclü olmasını təmin etməkdir.
Şərhlər