Xamneyi:

Xamneyi: "İsrailə qarşı döyüşən hər ölkə və qruplaşmanı dəstəkləyəcəyik"

"Sionist rejimə qarşı çıxan və onunla döyüşən hər ölkəni ya da qruplaşmanı dəstəkləyəcək və onlara kömək edəcəyik. Bunu deməkdən də çəkinməyəcəyik".

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Əli Xamneyi sosial şəbəkə hesabında yazıb. İsrailin İordan çayının qərb sahilini ilhaq etmə planlarını sərt şəkildə tənqid edən Xamneyi yəhudilərə deyil, sionist rejimə qarşı olduqlarını deyib:

"Sionist rejim heç bir sazişə riayət etməyəcəyini və gücdən başqa bir şey anlamadığını göstərdi. Bu rejimin təbiətində sülh yoxdur. Sionistlər torpaqlarını genişləndirməyə çalışır və heç vaxt işğal etdiyi yerlərlə kifayətlənməyəcəklər. Sionist rejimi aradan qaldırmaq yəhudiləri yox etmək mənasına gəlməz. Yəhudilərə qarşı deyilik. Bu rejimin ortadan qaldırılması müsəlman, xristian və yəhudi fələstinlilərin öz hökumətlərini seçmələri  və Netanyahu kimi quldurları qovmaq deməkdir. İsraili məhv etmək budur və olacaq".

Camal
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR