Xamneyinin gəlininin anası koronavirusdan öldü (VİDEO)

Xamneyinin gəlininin anası koronavirusdan öldü (VİDEO)

İranın Ruhani lideri Əli Xamneyinin gəlinin anası İzzət Xamuşi koronavirusdan ölüb.
 
Qaynarinfo xəbər verir ki, bu haqda GADTB-nin Mətbuat Mərkəzi məlumat yayıb. İzzət Xamuşi martın 23-də Tehran xəstəxanalarının birində keçinib. İzzət Xamuşi Əli Xamneyinin kiçik oğlu Meysəm Xamneyinin həyat yoldaşının anasıdır.
 
 
İzzət Xamuşi həyat yoldaşı Mahmud Loloçiyanla birlikdə ilk islami və dini təlimatlar öyrədilən Nərgiz məktəblərini təsis ediblər. Mahmud Loloçiyan isə Xomeyniyə yaxın olan şəxslərdən biridir. Onun Qum və Məşhəddə hotelləri və s. müəssisələrinin olduğu deyilir.
 
Alpər

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR