Xaricdə təhsil alan tələbələrin ödəmə məsələsi bu gün MM-də - Deputat

Xaricdə təhsil alan tələbələrin ödəmə məsələsi bu gün MM-də - Deputat

"Məsələ Milli Məclisin plenar iclasına çıxarılır”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev iqtisadçı alim Qubad İbadoğlunun xaricdə öz hesabına təhsil alan aztəminatlı ailələrin övladlarının pandemiya müddətində təhsil haqlarının dövlət tərəfindən ödənilməsi ilə bağlı fikirini şərh edərkən deyib. Deputat bildirib ki, tələbələrin təhsil haqları bir neçə dəfəyə ödənilə bilər:

"Düşünürəm ki, tək xarici ölkələrdə təhsil alan alanlar deyil, eyni zamanda Azərbaycanda oxuyan tələbələrin pandemiya ilə əlaqədar valdeyinlərin işsizliyini, yaranmış çətin vəziyyəti nəzərə alaraq bu məsələyə yenidən baxılması mütləqdir. Çünki ya bu ödəmələr növbəliklə, bir deyil, bir neçə dəfəyə ödənilməlidir, yaxud da bu məsələdə müəyyən güzəşt olmalıdır ki. dövlət də bunlara müəyyən qədər vəsait ayırsın. Məsələ Milli Məclisin plenar iclasına cıxarılır”.
Deputat vurğulayıb ki, bu istiqamətdə müvafiq addımlar atılır.

Qeyd edək ki, iqtisadçı alim Qubad İbadoğlu xarici ölkələrdə təhsil alan tələbələrlə bağlı təkliflə çıxış edib. İqtisadçı bildirib ki, Milli Məclisdə müzakirə olunan dövlət büdcəsi və ya Neft Fondunun büdcəsindən xaricdə öz hesabına təhsil alan aztəminatlı ailələrin övladlarının pandemiya müddətində təhsil haqlarının ödənilməsinə vəsait ayrılsın.

Bahar Rüstəmli

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR