İdman 11:44 28.10.2021

Xavi “Barsa”nın baş məşqçisi olmağa razılıq verdi – Bu tarixdən...

"Əl-Sədda"nın baş məşqçisi Xavi tezliklə "Barselona"ya rəhbərlik edəcək.

Qaynarinfo "Mundo Deportivo”ya istinadla xəbər verir ki, sabiq kataloniyalı futbolçu "Blauqrana"ya rəhbərlik etməyə razılaşıb.

Eyni zamanda, rəsmi təyinat üçün tərəflər bir neçə aspekt üzrə razılığa gəlməlidirlər. Birincisi, Xavinin "Əl-Sədd” qarşısında öhdəliklərdən azad edilməsi məsələsini həll etmək lazımdır.

İkincisi, Xavinin məşqçilər korpusu və üzvlərinin maaşı razılaşdırılmalıdır.

Kataloniya radiostansiyası RAC1 Xavinin razılığını təsdiqləyib. Onun sözlərinə görə, ispaniyalı mütəxəssis beynəlxalq oyunlarda fasilədən sonra "Barselona”ya rəhbərlik edəcək və noyabrın 21-də "Espanyol”la oyunda yeni statusda debüt edəcək.
 
Alpər