"Messinin qarşısını necə almaq haqda heç nə deyə bilmərəm, çünki məşqçisi olduğum heç bir komandam bunu bacarmayıb”.
Qaynarinfo xəbər verir ki, bunu ispan mediasına açıqlamasında bu yaxınlarda "Leqanes” klubuna baş məşqçi təyin olunan Xavyer Aqirre deyib.
O, argentinalı superulduzun cərimə zərbələrindən fərqlənməsinə təəccübünü gizlətməyib:
"Mən təəccüb içindəyəm. Messi üçün cərimə zərbələri penalti kimidir. Bu günlərdə köməkçilərimdən biri mənə cərimə zərbəsi olsa, Leonun qarşısın canlı sədd qoymamağı təklif etdi. Mən "Qulaq as, əgər Messini İvan Kuellar ilə ("Leqanes”in qapıçısı) cərimə meydançasının qarşısında təkbətək qoysam və on 10 top versəm, Messi 11 qol vuracaq. Buna görə qətiyyən olmaz”, - dedim. Biz birlikdə Messiyə qol vurmasına imkan verməmək üçün xeyli yol düşündük.
Oyunçulardan birini dirəyin yanına qoyduq, digərinin yerdə uzanmasının çıxış yolu olduğunu düşündük. Bir sözlə desəm, 20 mindən çox varinata əl atdıq, amma heç birisinin mənası yoxdur. Buna görə ən məntiqlisi ona qarşı qaydanı pozmaqdır, amma bu da mümkün deyil, çünki bu cani bütün oyunçuları rahat keçməyi bilir”.
Xatırladaq ki, Xavyer Aqirre daha əvvəl İspaniyada "Atletiko”, "Osasuna”, "Saraqosa” kimi klublarda baş məşqçilik edib. "Leqanes”ə qədər sonuncu iş yeri Misir millisi olub.
13 turdan sonra aktivində 6 xal olan "Leqanes” La Liqanın turnir cədvəlində sonuncu pillədə qərarlaşıb. Komanda noyabrın 23-də "Barselona”ya qarşı meydana çıxacaq.
Şərhlər