Xəbər lenti

Xəstəxanaya atılan uşaqlar atalarına təhvil verildi
Ölkə 20:53 23.07.2019

Xəstəxanaya atılan uşaqlar atalarına təhvil verildi

İyulun 22-də Tərtər rayonunun Şıxlar kənd sakinləri Allahverdi Muradovun və həyat yoldaşı Tamara Muradovanın ailə münaqişəsi zəminində valideyn himayəsindən məhrum nəvələri - 2011-ci il təvəllüdlü İlkin Quliyevi (ad-soyad şərtidir) və altı aylıq körpə Rza Quliyevi (ad-soyad şərtidir) həyat və sağlamlıqları üçün təhlükəli vəziyyətdə qoyaraq Bərdə Rayon Uşaq Xəstəxanasının dəhlizinə atıb getmələri faktı ilə bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) maddəsi ilə cinayət işi başlanıb, istintaqının aparılması rayon polis şöbəsinin istintaq bölməsinə tapşırılıb.

Qaynarinfo-nun məlumatına görə, Bərdbə Rayon Prokurorluğundan bildirilib ki, iş üzrə müvafiq ekspertizalar təyin edilib, şahidlər müəyyənləşdirilərək dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 

Rayonun hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində dərhal uşaqların atasının yeri və şəxsiyyəti müəyyənləşdirilib. Hər iki uşaq ataları Sərxan Kərimova təhvil verilib. Hazırda uşaqların səhhəti normaldır. 

Cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılaraq təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilməsi və məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->