Xəbər lenti

Xəyyam Röyaya, Rəqsanə isə Damlaya Rusiyaya girişə qadağa qoydurub
Maqazin 20:42 15.10.2018

Xəyyam Röyaya, Rəqsanə isə Damlaya Rusiyaya girişə qadağa qoydurub

Tanınmışların şəxsi həyatı, qalmaqalları, geyimləri daha çox maraqlıdı, nəinki sənətləri. Bu, tək Azərbaycanda belə deyil, dünyanın hər yerində şou-biznes nümayəndələrinə bu cür xüsusi maraq var. Ölkə ulduzlarımızın albomdan, klipdən, konsertdən qazanmadığı bəllidir. Onsuz da əksəriyyətinin sənət fəaliyyətinə baxdıqda şou görməyimiz mümkün deyil. Şou olmayan yerdən də biznes, qazanc ummaq mənasızdır. Hamıya bəllidir ki, məşhurlarımız qazanc yeri toydur. Xüsusilə xarici ölkələrdən gələn təkliflər onların üzünü də, cibini də güldürür. Bəzən isə şəxsi maraqları bir-birilərinə "toy” tutmağa qədər gedib çıxır. Toy bazarında hərə öz kurasiyasını yaradıb. Bunu isə danırlar desək, yalan olar. 

Son günlərin əsas müzakirə mövzularından biri də Xəyyam Nisanovla əməkdar artist Röya arasında yaşanan toy qalamqalıdır. Belə ki, bir zamanlar yaxın dost olan ikili hazırda küsülüdür. Tərəflər də aralarında inciklik olduğunu etiraf edir. Yayılan məlumatlara görə, Xəyyam Röyanın ayağını Rusiya toylarından kəsib. Onun yerinə əməkdar artistin gözünü düşməni olan əkiz bacıları - Sevil-Sevinci toylara aparır.

Keçmişə nəzər salsaq, görərik ki, müğənni Rəqsanə İsmayılova da Rusiya toy bazarına ağalıq edənlərdəndir. Onun Rusiya toy bazarından didərgin saldıqları az deyil. Özü də etiraf edib ki, müğənni Damlanın Rusiyaya girişinə qadağa qoydurub.

Ondan əlavə də, uzun müddət müğənni Xatunun ayağı Rusiyadan kəsildi. O bu qadağanın səbəbini Rəqsanədən gördü. Son zamanlar isə Rəqsanənin Xatuna qoyduğu qadağa aradan götürülüb. 

Onu da qeyd edim ki, Rəqsanə daha 3-4 nəfərə də qadağa qoyduracağını açıqlamışdı. 

Uzun illərdir küsülü olan xalq artistləri Faiq Ağayev ilə Brilliant Dadaşova arasında yaşanan qalmaqal da toy bazarına təsirsiz ötüşməyib. Dadaşova Faiq Ağayev olan toylara getməkdən imtina edir. 

Toylarda at oynatmağa çalışan müğənnilərdən biri də Mənzurə Musayevadır. Onun əli Rusiya toy bazarına çatmasa da "qoçu”luğu yerli toylarda edir. Mənzurə toya dəvət olunan DJ Roşkanın işinə mane olub. 2 saat onu gözlədərək, səhnə almağa imkan verməyib. 

Mənzurənin toy qalmaqalı bununla bitməyib. O, qarmon ifaçısı Gülbahar Şükürlü ilə də el şənliyinə görə dalaşıb.

Bir zamanlar sevgili olan, daha sonra ayrılan xalq artisti Aygün Kazımova ilə meyxanaçı Namiq Qaraçuxurlu da eyni məclisdə çıxış etməkdən imtina edənlərdəndir. İkilinin münasibətləri soyuq olsa da, son aylar eyni məkanlarda çıxış edib, duet də oxuyurlar. Buna səbəb isə onlara verilən yüksək qonorardır. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->