Xəbər lenti

İdman 19:08 12.03.2013

“Xəzər Lənkəran” uduzdu, "Neftçi" "sülh" bağladı

Bu gün Topaz Premyer Liqada final mərhələsinin növbəti oyunları keçirilib. 

İkinci oyun günündə  "Bakı"  "Neftçi"ni qəbul edib. Oyun 1:1 hesabı ilə yekunlaşıb. Bu oyunla paralel keçən "Rəvan" -  "Xəzər Lənkəran"ı oyununda azlıqda qalan qonaq komanda 0:1 hesabı ilə məğlub olub. Günün son qarşılaşması Zaqatalada keçirilib. "Simurq" öz meydanında "Qarabağ"ı qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. 

Topaz Premyer Liqanın digər iki oyunu martın 13-də keçiriləcək.


“Simurq” – “Qarabağ” - 1:0 

Qol: Rəşad Eyyubov, 32 (1:0)


“Bakı” – “Neftçi” - 1:1 

Qol: Araz Abdullayev, 43 (0:1), Mariuş Pena, 83 (1:1)


“Rəvan” - “Xəzər Lənkəran” - 1:0 

Qol: X. Varera, (p) 90+ (1:0)

Qol.az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?