Xəbər lenti

“Xəzər Lənkəran”ın baş məşqçisi xəstəxanaya yerləşdirildi
İdman 14:10 04.07.2014

“Xəzər Lənkəran”ın baş məşqçisi xəstəxanaya yerləşdirildi


“Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətinin səhhəti qəflətən pisləşib.

“Qafqazinfo” xəbər verir ki, yeni mövsüm hazırlıqlarını Erzurumda davam etdirən “Xəzər”in çalışdırıcısı dünən axşam saatlarında özünü pis hiss etidiyinə görə xəstəxanaya aparılıb. Ürək nahiyəsindən şikayətlənən mütəxəssis həkimlər tərəfindən müayinə olunub. İlkin müayinələrdən sonra baş məşqçinin normal olduğu müəyyənləşib.

Qaynar.info


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->