Xəzərdə batan yeniyetmənin meyiti tapıldı

Xəzərdə batan yeniyetmənin meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN)  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonu, Bilgəh qəsəbəsində, dənizdə (nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən  Qaynarinfo-ya verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2007-ci il təvəllüdlü İbadov Ruslan Adil oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR