Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatdı

Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatdı

Respublikamızda faktiki hava şəraiti ilə bağlı son məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Bakı, Maştağa, Pirallahı Naxçıvan, Naftalan, Oğuz, Şəki, Mərəzə, Xaçmaz, Qusar, Kürdəmir, Kişçay (Şəki), Daşkəsən, Göygöl, Quba, Yevlax, Göyçay, Sabirabad, Xınalıq, Nabran, Şahdağ, Lerik, Cəfərxan, İmişli, Salyan, Qazıməmməd, Netfçala, Biləsuvar, Lənkəran, Astara, Qrızda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Yağan leysan yağışlar nəticəsində Talaçay, Zaqatala və Əyriçay Başdaşağıl məntəqələrindən sel keçib.


Məlumata görə, avqustun 3-ü saat 19:00-a olan məlumata əsasən, Şimal-qərb küləyi arabir Neftçalada 22 m/s, Bakıda və Qum adasında 28 m/s, Maştağada 25 m/s, Çilov adasında 22 m/s, Pirallahıda 20 m/s, Binədə 19 m/s, Neft Daşlarında 22 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.5 metrə çatıb.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR