XİN bu şəxsləri

XİN bu şəxsləri "qara siyahı"dan çıxardı

İsveçrə Konfederasiyasında fəaliyyət göstərən "Kuhner Fondu” Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət edərək bu Fondun rəhbəri Laura Kuhner (İsveçrə), eləcə də onun üzvlərinin Tim Bürgin (Almaniya) və Qifti Dvamena (İsveçrə) adlarının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

Qaynarinfo-nun xəbərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı açıqlamada bildirilib ki, məktubda "Kuhner Fondu” Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bəyan edib. Həmçinin müraciətdə, Fondun üzvləri etdikləri səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduqları qeyd edilir.

"Kuhner Fondu”nun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və bu Fondun üzvlərinin adlarının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.
XƏBƏRLƏR
BLOGLAR