XİN-dən Abxaziya bəyanatı

XİN-dən Abxaziya bəyanatı

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Abxaziya bölgəsində avqustun 25-də keçirilən qondarma "prezident seçkiləri”nə münasibət bildirib. 

Qaynarinfo xəbər verir ki, XİN məsələ ilə bağlı bəyanat yayıb.  

Bəyanatda deyilir: "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 25 avqust 2019-cu il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır.

Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir".
XƏBƏRLƏR
BLOGLAR