Ölkə 14:04 02.11.2017

Ermənistan Bakı-Tbilisi-Qars layihəsinə qoşula bilərmi? - Şərtlər açıqlandı

 
"Ermənistan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinə qoşulmaq istəyirsə, ilk növbədə işğal olunmuş əraziləri azad etməlidir."
 
"Qaynarinfo" report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov monteneqrolu həmkarı ilə görüşdən sonra keçirdiyi brifinqdə Ermənistanın BTQ layihəsində iştirakı ehtimalını şərh edərkən deyib.

"Layihəni idarə edəcək müştərək şirkət yaradılır. Ancaq mövqeyimiz belədir ki, Ermənistan layihəyə qoşulmaq istəyirsə, ilk növbədə işğal olunmuş torpaqları azad etməlidir, münaqişə həll olunmalıdır. Rəsmi Bakının mövqeyi aydındır. Bu məsələ şirkət tərəfindən nəzərdən keçirilməlidir", - E.Məmmədyarov bildirib.
 
Xatırladaq ki, BTQ dəmir yolu xəttinin rəsmi açılış mərasimi oktybarın 30-da Bakıda keçirilib.
 
Qaynarinfo.Az