Video 09:18 26.01.2021

Xırdalanda dağılmış evlərin altından bir nəfərin meyiti çıxarıldı (YENİLƏNİB)

Abşeron rayonu XIrdalan şəhərində baş vermiş partlayış zamanı dağılmış evlərin altında qalan şəxslərin xilasetmə işləri davam etdirilir.

Qaynarinfo Unikal.org-a istinadən xəbər verir ki, dağıntılar altından bir nəfərin cansız bədəni çıxarılıb.

Həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızının olduğu bildirilir.
 
 ***
 
Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

Qaynarinfo xəbər verir ki , partlayış nəticəsində altı nəfər yaralanıb.

Ələzova Simayə Mövlud qızı - 1968 ci il təvəllüdlü

Şükürzadə Xədicə Bəxtiyar qızı - 2006-cı il təvəllüdlü

Musayev Vusal Firudin oğlu - 1983-cü il təvəllüdlü

Musayev Firudin Vusal oğlu - 2009-cu il təvəllüdlü

Əliyev Emil Arif oğlu - 1989-cu il təvəllüdlü

Hüseynov Arif Əbülfəz oğlu - 1988-ci il təvəllüdlü