Xızıda 16 ailənin yaşadığı binaya niyə qaz verilmir? (ŞİKAYƏT)

Xızıda 16 ailənin yaşadığı binaya niyə qaz verilmir? (ŞİKAYƏT)

Xızıda 16 ailənin evində illərdir ki, qaz yoxdur.

Bunu Xızı rayonu Giləzi qəsəbə sakini Emin Əliyev Qaynarinfo-ya ünvanladığı şikayət məktubunda yazıb.

Emin Əliyev qeyd edib ki, sözügedən binaya qaz xətti çəkilib: 

"Bu binada 16 ailə yaşayır. İkimərtəbəli yaşayış binasıdır. 1993-cü ildə dəmiryolçular yaşayıb. Binada hələ sovet vaxtından qaz xətti olub. Amma sonra sökdülər, dedilər ki, "kənddə qaz xətləri çəkiləndə sizin də binaya da çəkiləcək”. Doğrudan, elə də etdilər, sonradan binaya qaz xətti çəkdilər. Amm bu gün binada qaz xətti olsa da, evlərimizə qaz verilmir”.

Emin Əliyev bildirib ki, evlərə təbii qazın verilməməsinin səbəbi yaşadıqları binanın çıxarışının olmamasıdır:

"Bununla bağlı 5 dəfə rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun qəbulunda olmuşam. Hər birində də "düzələcək” deyib, məni yola verib. Rayon qaz idarəsindən isə bildiriblər ki, yaşadığımız binanın Fövqəladə Hallar Nazirliyindən çıxarışı olmalıdır. Bu çıxarış olmadığından pəncərəmizdən görünən qaz xətlərini evimizə sala bilmirik. Bütün əlaqədar təşkilatlara müraciət ünvanlamışıq. Amma səsimizə səs verən yoxdur”.

Məsə ilə əlaqədar Xızı rayon İcra Hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ayaz Quliyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, sözügedən binaya qaz xətti çəkmək "Azərqaz”ın səlahiyyəindədir:

"Emin Əliyev burada olub və 5 dəfə də ona izah olunub ki, bu məsələ rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir. Bu, bir başa "Azərqaz”ın səlahiyyətlərinə aiddir. İcra Hakimiyyəti əhali üçün qaz xətti çəkmir, sayğac quraşdırmır. Amma həmin bina bizim kommunalın balansındadır. Kommunaldan da tələb olunan bütün sənədlər "Azərqaz”a verilib”. 

"Azəriqaz”ın mətbuat katibi Ceyhun Səfərov Qaynarinfo-ya açıqlamasında binanın qazlaşdırılmamasının səbəbini sənədlərin qaydasında olmamaslı ilə əlaqələndirib:

"Bu binada 16 ailə yaşayır. Binanın yeganə problemi sənədlərlə bağlıdır. Ötən ilin noyabr ayında "Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Cahid Hüseynov vətəndaşlarla görüşü zamanı həmin binanın sakinlərini də qəbul etdi. Onlar qəbulda iştirak etdilər və fikirlərini bildirdilər. Qeyd etdilər ki, binanın qazlaşması üçün binaya qədər olan daşıyıcı xəttin çəkilməsinə görə lazım olacaq boru alınıb, bunun çəkilməsini təmin etmək lazımdır. Əslində, bu bizim öhdəliyimizə düşən iş deyildir. Onlar lisenziyalı podratçı təşkilatlardan birinə müraciət edib bu işi görə bilərdilər. Lakin "Azərqaz” qazın çəkilişini təmin elədi. Amma binanın mənzillərə qədər qazlaşdırılması sənədləşdirmə ilə bağlıdır. Çünki bina istismara qəbul olunmayıb. Bunun üçün onlar "ASAN Xidmət"də olamlıdırlar. Bildiyimə görə, olublar da. Lakin binanın mülkiyyət sənədləri yoxdur. Binanın mülkiyyət sənədləri olsa, "ASAN Xidmət" daxili qazlaşma üçün müvafiq prosedurları icra edə bilər. Bu gün binanın qazlaşdırılmamasının səsas səbəbkarı kimi "Azəriqaz” göstərlməməlidir. Çünki "Azəriqaz” bu işdə heç bir məsuliyyət daşımır”.

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR