Dünya 19:49 24.01.2020

Xodorkovski əfviylə bağlı eyhama cavab verdi: “Putinə yazdım ki...”

YUKOS-un keçmiş direktoru Mixail Xodorkovski Rusiya prezidentinin mətbuat katibinin onun əfv olunması şərtləriylə bağlı dediyi sözə cavab verib.

Qaynarinfo xatırladır ki, bu gün jurnalistlərin israilli qadın Naama İssaxarın əfv olunması ilə bağlı sualına cavabında Dmitri Peskov bildirib ki, qız əfv üçün müraciət etməyib və bu vəziyyətdə bəzi rəsmi qaydalara əməl olunmalıdır. Bu sözdən sonra jurnalistlər ona Mixail Xodorkovskinin də müraciəti olmadan əfv olunmasını xatırladanda Peskov belə cavab verib:  "Siz çox şey bilmirsiniz. Zamanla, yəqin ki, biləcəksiniz. Bunu Xodorkovskinin özündən soruşun”.

YUKOS rəhbəri "Exo Moskvı” radiostansiyasında verdiyi şərhdə "cəmiyyətin yaddaşı yoxdur" deyə qeyd edib, çünki hər şey 2014-cü ildə müzakirə olunub və hər şeyi şəxsən mətbuat konfransında söyləyib:

"Mən əfv üçün formal ərizə, bir də Putinə məktub yazdım. Qeyd etmişdim ki, anam xəstədir, təəssüf ki, mən tam həbs müddətimi yatana kimi o sağ qalmaz".

Sahibkar həmin ərizədə özünü günahkar saymadığını və heç vaxt ictimai və siyasi həyatda iştirak etməyəcəyinə dair vəd vermədiyinə də diqqət çəkib.

Alpər