Video 16:21 10.11.2021

Xüsusi təyinatlılar döyüş vaxtı yaralanarkən bu evdə müalicə alıb (VİDEO)

Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərin əsas təxliyyə yollarının kəsişmə nöqtəsində yerləşən yerlərdən biri də məhz Edilli kəndi idi.

Qaynarinfo xəbər verir ki, bu kənddə təhlükəsiz ərazidə yerləşən evlərdən biri ilkin tibbi məntəqə kimi fəaliyyət göstərib.

Adı çəkilən tibbi məntəqəsi barədə "Kod Adı: YAŞMA" adlı sənədli filmində XTQ-nin qazi həkimi Namiq Seyfəddinli danışıb:

"Otaqları səliqəli vəziyyətə salmışdıq. Dərman vasitələrini orada səliqəli şəkildə komplekləşdirmişdik. Ağır vəziyyətdə olanlara müdaxilə edirdik. Yaraların sarınması, təmizlənməsi və çeşidlənməsi burada gedirdi".