"Yadigar Sadıqova yeni ittihamlar irəli sürüblər"
Bu barədə məlumatı Qaynar.info-ya Yadigar Sadıqovun hüquqlarını müdafiə komitəsinin sədri hüquqşünas Elman Fəttah məlumat verib.
Elman Fəttahın sözlərinə görə, istintaq Yadigar Sadıqov barəsində 127.2.3 maddəsiylə az ağır xəsarət yetirilməsi maddələri irəli sürüb: "Bu da Yadigar bəyin işini daha da ağırlaşdırır. Hazırda o, Lənkaran şəhərində polisin müvəqqəti saxlama kamerasında saxlanılır. Bunun özü belə qanunsuzdur. Çünki Yadigar Sadıqov təcridxanada saxlanılmalıdır. Oktyabrn 22-də isə Bakıya gətirəcəklər. Vəkil deyir ki, istintaq yekunlaşmaq üzrədir, böyük ehtimalla məhkəməyə verəcəklər".
Elman Fəttah bildirib ki, Yadigar Sadıqovun səhhəti normaldır: "Hər şey qaydasındadır, mübarizə əhval-ruhiyyəsi yerindədir. Heç bir problemi yoxdur".
Xatırladaq ki, Yadigar Sadıqov iyunun 27-də Lənkəran şəhər sakini Rəşid Kərimovun şikayəti əsasında yerli polis şöbəsi tutub. Rəşid Kərimov iyunun 25-də Yadigar Sadıqovun iki nəfərlə birgə onu döydüyünü iddia edir. Yadigar Sadıqov isə bu iddianı tamamilə rədd edir, həmin şəxsi döymədiyini və bunun hakimiyyətin quraşdırdığı oyun olduğunu vurğulayır.
İyunun 29-da Lənkəran Rayon Məhkəməsi Yadigar Sadıqov barədə 2 aylıq həbs-qətimkan tədbiri seçib, avqustun 24-də həbs müddəti bir ay, sentyabrın 22-də daha bir ay uzadılıb.
Elkin Xəlilov
Qaynar.info
Şərhlər