Xəbər lenti

Yalçın Rzazadənin son sözləri:
Sənət 10:27 23.02.2021

Yalçın Rzazadənin son sözləri: "Gücünü topladı və dedi ki..."

Xalq artisti Yalçın Rzazadənin oğlu Orxan Rzazadə atasının son saatları haqqında danışıb.

Xalq artistinin oğlu Orxan Rzazadə Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Atam ötən gün saat 17:00-da rəhmətə getdi. Vəziyyəti son günlər yaxşı deyildi. Son üç gündə danışa bilmirdi. Dünən gücünü topladı və üç qardaş bizi bir yerdə görəndə dedi ki, necə xoşbəxtəm..."

Xalq artistinin oğlu Yalçın Rzazadənin sənət dostlarından da danışıb: "Yalçın müəllimlə əlaqə saxlayırdılar. Aktyor Ədalət Şükürov tez-tez mənə zəng edib, maraqlanırdı".

Qeyd edək ki, Yalçın Rzazadə 74 yaşında dünyasını dəyişib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->