İyulun 27-də “Forbes”un versiyasına əsasən dünyanın ən zəngin insanlarının siyahısında 1-ci yerə yüksələn “Amazon” online platformasının sahibi Ceff Bezosun “hakimiyyəti” yalnız bir gün davam edib.
İKT.lent.az-ın xəbərinə görə, “Microsoft”un yaradıcısı Bill Geyts iyulun 28-də yenidən ilk sıraya yüksəlib. Bu günə olan məlumatlara əsasən C. Bezosun ərvəti 543 milyon dollar azalıb və 88,7 milyard dollar həcmində qiymətləndirilir. B. Geytsin sərvətinin miqdarı isə 89,8 milyard dollardır. Bununla yanaşı, “Bloomberg”in versiyasına əsasən Bezos 89,3 milyard, Geyts 90,7 milyard dollara sahibdir.
C. Bezosun liderliyi itirməsinə səbəb “Amazon”un rüblük hesabatından sonra şirkət səhmlərinin ucuzlaşmasıdır. Belə ki, bu ilin ikinci rübündə “Amazon”un xalis mənfəəti 77% azalaraq 197 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə bu miqdar 857 milyon dollar idi. Mənfəətin azalmasına baxmayaraq, şirkətin gəliri 25 milyon dollar artıb.
Qeyd edək ki, “Amazon”un bazar dəyəri 500 milyard dolları ötüb.
Qaynarinfo.Az
Şərhlər