ABŞ-da qolf oynayan bir qrup şəxs ətrafda baş verən meşə yanğınına baxmayaraq oyunu davam etdiriblər.
"Qaynarinfo" "BBC"yə istinadən xəbər verir ki, Vaşinqtonda, Şimali Bonnevildə yerləşən "Beacon Rock Golf" kursunda təşkil edilən oyun zamanı çəkilmiş görüntülər sosial şəbəkədə böyük marağa səbəb olub.
Qeyd edək ki, ərazidə temperaturun aşağı düşməsinə, rütubətin və yağıntıların artmasına baxmayaraq meşə yanğınını söndürmək mümkün olmur.
Gülşən
Qaynarinfo.Az
Şərhlər