Xəbər lenti

Dünya 13:17 23.03.2022

"Yaponçik"ə sui-qəsdin gizli məqamları açılır - İK yenidən hərəkətə keçdi

Rusiya İstintaq Komitəsi "orğu dünyası”nın əfsanəsi hesab edilən Vyaçeslav İvankovun (Yaponçik) qətli ilə bağlı araşdırmaları davam etdirir. 

Qaynarinfo-nun məlumatına görə, "Yaponçik"in qətlinin sifarişçisi və təşkilatçısı kimi "oğru” İlyan Simoniyanın (Maho) adı çəkilsə də, İstintaq Komitəsi uzun araşdırmalardan sonra bu qənaətə gəlib ki, adiçəkilən şəxs bu sui-qəsddə sadəcə icraçıdır.

İlya Simoniyanın "Yaponçik"in qətlinin təşkilatçısı olması barədə qənaət onun cinayət ortağı olmuş şahidlərin müdafiəsi proqramı altında mühafizə olunan, narkomaniyadan əziyyət çəkən bir qadının ifadələrindən sonra yaranıb. Həmin qadın bildirib ki, maliyyə sıxıntıları yaşayan "Maho"nun əli son vaxtlar pulla "oynayırmış”. Digər tərəfdən, qadın "Yaponçik"in qətlində istifadə edilən snayperi "Maho"nun Koroyevski şossesində kirayələdiyi evdə gördüyünü deyib. Qadının ifadələri, telefon danışıqlarının və geolokasiya məlumatlarının təhlili İstinaq Komitəsinin diqqətini "Maho"ya yönəldib.  

Bundan sonra Moskva Şəhər Məhkəməsi "Maho" barəsində qiyabi həbs qərarı çıxarıb və beynəlxalq axtarışa verilib.

İstintaq Komitəsinin bununla kifayətlənməyərək araşdırmaları davam etdirməsi isə "oğru dünyası”nın "Yaponçik"in qətlinə fərqli yanaşması ilə bağlıdır. Məsələ burasındadır ki, bir çox "oğru”lar "Maho"nu "Yaponçik"in qətlinin sifarişçisi və təşkilatçısı hesab etmir. Onların fikrincə, "Maho" bu işdə sadəcə icraçıdır.

İstintaq Komitəsi hesab edir ki, "Yaponçik"in qətlinin sifarişçisi və təşkilatçısı hazırda "oğru dünyası”nın ən güclü liderlərindən sayılan Merab Canqveladze (Merab Suxumski) və Traiel Onianidir (Taro). Artıq İstintaq Komitəsində də bu qənaət formalaşıb. Ehtimal edilir ki, Vayeçslav İvankovun aradan götürülməsi Traiel Onianinə lazım olub. Merab Suxumski, daha doğrusu, "Yaponçik"in qətlindən sonra Rusiyanı tərk edən qardaşı Levan bu işdə "Taro"ya yardımçı olub. 

İstintaq Komitəsinin diqqətini daha bir məqam çəkib. Söhbət killer Astamur Butbanın bu qətlə görə "oğru”lar tərəfindən sorğu-suala çəkilməməsidir. Killer hələ də Abxaziyada gizlənir. Ötən ilin avqustunda Astamur Butbanın başqa bir cinayətə görə həbs olunması barədə məlumat yayılmşdı.

Astamur Butbanın "oğru”lar tərəfindən sorğu-sual edilməməsi, ümumiyyətlə qətldən sonra onun sağ qalması İstintaq Komitəsində sui-qəsdin iştirakçıları barədə də qənaəti dəyişib. 

Ehtimal olunur ki, Traiel Oniani və Merab Suxumski "Maho"nun "Yaponçik"lə düşmənçiliyindən istifadə edərək bu işi ona tapşırıblar. "Maho" 1993-cü ildə "oğru” titulundan məhrum edilmişdi. O dəfələrlə titulunu geri qaytarmaq üçün məsələ qaldırsa da, "Yaponçik" və Aslan Usoyanın (Ded Xasan) mövcudluğu onun hədəfinə çatmaq üçün böyük əngəl olub. 

Güman olunur ki, "Maho" bu işə "oğru” titulunun geri qaytarılması qarşılığında razılıq verə bilərdi. Çünki "Yaponçik"in ölümündən sonra "Taro"nun xahişi ilə Merab Suxumski onun bu istəyini yerinə yetirib. Yəni, "Maho" yenidən "oğru” kimi qəbul edilib.

Qeyd edək ki, Vyaçeslav İvankov 2009-cu il iyulun 28-də ölümcül yaralanıb. Həmin ilin oktyabrında isə dünyasını dəyişib. "Yaponçik"in ölümündən sonra kriminal dünyada düzən əhəmiyyətli dərəcədə dəyişib. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->