Dünya 11:52 05.06.2020

Yaponiyada nazirlik əhaliyə maska taxmamağı tövsiyə etdi

Yaponiyanın Ətraf Mühit Nazirliyi ölkə sakinlərinə istiliklər zamanı tibbi maska taxmaqdan imtina etmələrini tövsiyə edib. 

Qaynarinfo xəbər verir ki, ölkədə havanın temperaturu 32 dərəcəyə yüksəlib. Yaxında 34 dərəcəyə qədər istiləşə biləcəyi gözlənilir. 

Maskalardan imtina etməklə yanaşı, mütəxəssislər idmanla məşğul olmamağa və daha çox su içməklə bağlı vətəndaşlara çağırış ediblər.
 
Alpər