Dünya 14:00 25.05.2020

Yaponlar düymələrə basmaq üçün çöp ixtira etdilər (QİYMƏTİ)

Koronavirus pandemiyasını fürsətə çevirən bir yapon şirkəti düymələrə basmaq üçün çöp ixtira edib.

Qaynarinfo xəbər verir ki, Çinin Uhan şəhərində insanların ictimai yerlərdəki liftlərdə düymələrədiş çöpü ilə toxunulduğunu müşahidə edən şirkət nümayəndələri bu məqsəd üçün xüsusi çöplər hazırlayıblar.

"Təmassız çubuqlar" adı ilə bazara çıxarılan məhsul təkrar emala göndərilən taxtalardan hazırlanıb. İçərisində 7,5 santimetr uzunluğunda 120 çubuq olan 1 paketin qiyməti ƏDV xaric 568 yendir (təxminən 9 manat).

Camal