Sənət 10:50 10.09.2021

Yaqub Zurufçunun səhhəti necədir? (AÇIQLAMA)

COVID-19-a yoluxan Əməkdar artist Yaqub Zurufçunun səhhəti ağır olaraq qalır.

Qaynarinfo xəbər verir ki, bu haqda Baku.ws-ə sənətçinin həyat yoldaşı Aynur Zurufçu məlumat verib.

"Hazırda səhhəti ağır olaraq qalır. Heç bir dəyişiklik yoxdur. Həkimlər əllərindən gələni etməyə çalışırlar. Tənəffüs aparatına qoşulu vəziyyətdədir”.

Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyeva koronavirusa yoluxan əməkdar artist Yaqub Zurufçunun müalicəsini nəzarətə götürüb.

Əməkdar artistin ağciyərlərində COVID-19-la bağlı ikitərəfli pnevmoniya meydana gəlib, ciyərlərində 80 faiz buzlu şüşə, hipoksemik tənəffüs çatışmazlığı yaranıb.