Səngərdə güllə yarası almış əsgərin üzərində unikal damar əməliyyatı aparılıb.Anspress-in məlumatına görə, bu barədə, bu gün keçirilən mətbuat konfrasında Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Ürək-damar şöbəsinin rəisi Anar Əmrah açıqlama verib.
O, əməliyyatın çox ciddi olduğunu amma öhdəsindən uğurla gəldiklərini söyləyib:
"Səngərdə onun ümumi yuxu arteriyası tam qopmuşdu. Hərbi ambulans helikopteri ilə təcili olaraq hospitala çatdırılan zədəli əsgər orada əməliyyat olunub".
Qeyd edək ki, mətbuat konfransında Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının Ürək-damar Mərkəzində aparılan əməliyyalar barəsində də məlumat verilib. Hospitalının Ürək-damar şöbəsinin rəisi Anar Əmrah son 9 ayda 150 açıq ürək əməliyyatı uğurla həyata keçirildiyini söyləyib. “Əməliyyat olunanların 70%-i mülki şəxslər, qalan 30%-i isə hərbçilər olub. Bütün əməliyyatlar uğurla aparılıb.”.
Qaynar.info
Şərhlər