Dünya 11:43 19.01.2020

Yəməndə hərbi düşərgə raket atəşinə tutuldu: 70 ölü, 50 yaralı

Yəmənin şimal-şərqindəki Mareb əyalətindəki ordu yataqxanası raket atəşinə məruz qalıb. 

Qaynarinfo "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəində 70 nəfər ölüb, 50-dən çox hərbçi yaralanıb.

Yəmən ordusu raketlərin "Ənsar Allah” hərəkatı (husilər-red) tərəfindən atıldğını iddia edir. Lakin hərəkat raket atəşinə görə məsuliyyəti üzərinə götürməyib.

Ordudakı mənbə bildirib ki, raketin ballistik olduğu ehtimal edilir.