Yəməndə İranın dəstəklədiyi yaraqlılara ağır zərbə - 81 ölü

Yəməndə İranın dəstəklədiyi yaraqlılara ağır zərbə - 81 ölü

Hökumət qüvvələri ilə iki gün davam edən şiddətli döyüşlərdə və Ərəb koalisiyasının Yəmənin mərkəzi Marib şəhəri yaxınlığındakı ərazilərdə başlatdığı hava hücumunda İranın dəstəklədiyi 80 husi silahlısı öldürülüb.

Qaynarinfo xəbər verir ki, bazar ertəsi və çərşənbə axşamı günləri Əl-Qasar, Məşcə, Xelan, Cebel Murad və Rahabda yüzlərlə husi yaraqlısı Marib şəhərinə doğru irəliləmək ümidi ilə hökumət qüvvələrinə hücum edərkən yeni qarşıdurmalar baş verib.

"Milli ordunun artilleriya atəşi və Ərəb koalisiyasının döyüş təyyarələri Maribdə 20-yə yaxın husi silahlısını məhv edə bildi. Döyüş meydanlarında öldürülmüş 81 nəfər husinin cəsədini saydıq”, deyə Yəmən Ordusunun hərbi mediasının rəhbəri, polkovnik Yəhya Əl-Hatəmi "Arab News"a açıqlamasında deyib.
 
O, koalisiya döyüş təyyarələrinin çox sayda husi silahlılarını Maribdəki döyüş sahələrinə çatmamış öldürdüyünü və hərbi texnikanı məhv etdiyini söyləyib: "Hərbi təyyarələr son 24 saat ərzində Əl-Qəssar və Rahaba 43 reyd həyata keçirib. Husilərin bizə çatmamış maşınlarının yandıqlarını gördük".

Alpər
XƏBƏRLƏR
BLOGLAR
X