Müğənni Ledi Qaqa və Maykl Polanski bu yay uşaqları ilə vaxt keçirmək üçün hər ikisi məzuniyyət götürüb.
Qaynarinfo xəbər verir ki, bu barədə "People" cütlüyün yaxın çevrəsindən olan mənbəyə istinadən yazıb.
İnsayderin sözlərinə görə, ailəyə yeni üzvün qatılması cütlüyü xoşbəxtlikdən parıldadır.
Sentyabrın 11-də Ledi Qaqanın ilk dəfə ana olduğu məlum olub. “Page Six” nəşrinin məlumatına görə, pop ulduzun və nişanlısının yaxın zamanda ilk övladı dünyaya gəlib. Körpənin cinsi, adı və doğum tarixi hələ açıqlanmayıb.
Paparassilər artıq cütlüyü yeni doğulan övladları ilə Şimali Kaliforniyada görüntüləyiblər. Nəşrin yaydığı fotolarda Ledi Qaqanın uşağı sapanla sinəsində daşıdığı və bir əli ilə onu tutduğu görünür.
Bundan əvvəl “Daily Mail” cütlüyə yaxın mənbəyə istinadən müğənninin Polanski ilə gizli şəkildə evlənmiş ola biləcəyini yazıb. İnsayderin sözlərinə görə, tanışlarından heç kim bir aydan çox müddətdə Ledi Qaqanı görməyib və ondan xəbər almayıb.
Mənbə onun Polanski ilə birlikdə qaçaraq bal ayına getdiyini ehtimal edib. Digər mənbə isə bildirib ki, Ledi Qaqa 40 yaşından sonra həmişə böyük ailə qurmaq istəyib.
Aydın
Şərhlər