Azərbaycanda Vətən müharibəsi ilə əlaqədar yeni orden və medallar təsis edilir.
Qaynarinfo-nun məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirə edilib.
Qanun layihəsində aşağıdakı dəyişiklik nəzərdə tutulur:
1.1. 1-ci maddədə "Azərbaycan Respublikasının ən yüksək təltifi - "Heydər Əliyev" ordeni;" hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilsin:
"Zəfər" ordeni;
"Qarabağ" ordeni;";
1.2. 2-ci maddəyə "Qızıl Ulduz" medalı;" hissəsindən əvvəl "Vətən Müharibəsi Qəhrəmanı" medalı;" hissəsi və "İgidliyə görə" medalı hissəsindən sonra aşağıdakı yeni hissələr əlavə edilsin:
"Cəsur döyüşçü" medalı;
"Döyüşdə fərqlənməyə görə" medalı;
"Suqovuşanın azad olunmasına görə" medalı;
"Cəbrayılın azad olunmasına görə" medalı;
"Xocavəndin azad olunmasına görə" medalı;
"Füzulinin azad olunmasına görə" medalı;
"Zəngilanın azad olunmasına görə" medalı;
"Qubadlının azad olunmasına görə" medalı;
"Şuşanın azad olunmasına görə" medalı;
"Kəlbəcərin azad olunmasına görə" medalı;
"Ağdamın azad olunmasına görə" medalı;
"Laçının azad olunmasına görə" medalı;
"Vətən müharibəsi iştirakçısı" medalı;
"Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalı;".
Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq qəbul edilib.
Şərhlər