Ekonomiks 10:47 17.05.2021

Yığım üçün dollar və avroya alternativ valyuta açıqlandı

"Praym” agentliyinə verdiyi müsahibədə maliyyəçi ekspertlər avro və dolların çox zəif böyüdüyünü və xarici valyuta depozitlərinin demək olar ki, sərfəli olmadığını açıqlayıblar. 

Qaynarinfo xəbər verir ki, onlar valyuta portfellərinə investisiya qoymağı və ildə iki dəfə əməliyyat aparmağı təklif edirlər.

Alor Broker-in investisiya strategisti Pavel Verevkinin sözlərinə görə, Mərkəzi Bank pul siyasətini sərtləşdirdiyi üçün hazırda valyuta ilə spekulyasiya etməyə uyğun gələn ən yaxşı vaxt deyil. Mütəxəssisin fikrincə, bu, orta müddətli dövrdə rublu dəstəkləyəcək.

Digər tərəfdən, bu tədbir xarici valyutada pul qazanmağa imkan verməyəcək. Müstəqil investisiya məsləhətçisi Sergey Zveniqorodski deyir ki, hazırda portfelin bir hissənin yuan və rubldan, başqa bir hissəsininsə avro və dollardan olması "daha maraqlıdır".

Mütəxəssislərin fikrincə, fond bazarında "maraqlı təkliflər" var - fərdi investisiya hesabı və pay investisiya fondları (PİF).
 
Alpər