Xəbər lenti

Yol nişanlanma xətti səhv çəkilib, sürücülər cərimələnir (VİDEO)
Video 21:10 13.12.2017

Yol nişanlanma xətti səhv çəkilib, sürücülər cərimələnir (VİDEO)

Bakıda yol nişanlanma xəttinin səhv çəkilməsi sürücünün cərimələnməsi ilə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Yasamal rayonu, Mikayıl Müşviq küçəsində hərəkətin təşkilində yol verilən səhvdən gedir. Şəhər sakini Vüsal Hüseynli bildirib ki, bu ayın 5-də Mikayıl Müşviq küçəsinin sağ zolağı ilə hərəkətdə olarkən işıqforun qırmızı işığında dayanan avtomobilin arxasında yaşıl işığın yanmasını gözləyib. Yaşıl işıq yandıqdan sonra həmin zolaqdan düzünə hərəkət edərək yoluna davam edib. Sonradan elektron kabinetinə qayda pozmasıyla bağlı məktub gəldikdə məlum olub ki, həmin küçənin sağ zolağında ancaq sağa dönməni bildirən xətt çəkilib. 

Sürücü iddia edir ki, həmin vaxt işıqforda dayanan avtomobil 1.18 nişanlanma xəttinin üstündə durduğu üçün həmin zolaqdan ancaq sağa hərəkətin icazə verildiyini görməyib.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, asfalt qatında olan sağa dönmə nişanı işıqforun "stop” xəttinə qədər yol boyu bir neçə yerdə olmalıdır.

Ərazidə çəkiliş apardığımız zaman şahidi olduq ki, həqiqətən yolda nişanlanma problemi var. Bir neçə dəqiqədən sonra Baş Dövlət Yol Polisi və Siqnal İdarəsinin əməkdaşları sözügedən küçəyə gələrək baxış keçirdilər. Sonda işıqforun "stop” xəttindəki sağa dönmə nişanı pozularaq düzünə və sağa dönmə işarəsi ilə əvəzləndi. Yol boyu bir neçə yerdə də həmin nişan təkrarlandı.

Ekspertlər vurğulayırlar ki, yol hərəkətinin təşkilində olan bu cür səhvlər hərəkət iştirakçılarının hüquqlarının pozulması isə nəticələnməməlidir. Belə hallarla qarşılaşan sürücülər isə dərhal yol polisinə məlumat verməlidirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->