Yol polisi sürücülərə və sərnişinlərə sərin su paylaydı

Yol polisi sürücülərə və sərnişinlərə sərin su paylaydı

 
Qax rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları havaların isti keçməsi ilə əlaqədar olaraq yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə sürücülərin iş və istirahət rejiminə, eləcə də, onların sağlamlığına nəzarəti gücləndirib.

Rayonun bir neçə yerində müvəqqəti postlar yaradılıb.

Günün qızmar vaxtlarında avtomobil, xüsusən avtobus və mikroavtobus idarə edən sürücülər saxlanılaraq, onların istirahət etməsinə şərait yaradılıb. Yol polisi əməkdaşları sürücülərə və nəqliyyat vasitəsində olan sərnişinlərə sərin sular paylayıb, onların səhhətləri ilə maraqlanıblar. İsti havanın təsirindən özünü halsız hiss edənlər, səhhətində problem olanlar elə yerindəcə həkim nəzarətindən keçirilib, onlara tibbi yardım göstərilib. DYPB-nin əməkdaşları isti havalarda sürücülərə yollarda diqqətli olmalarını, hərəkəti birdəfəlik deyil, fasilələrlə davam etdirməyi məsləhət görüblər. Bunun həm onların, həm də sərnişinlərin həyatı üçün vacib olduğu bildirilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir. (Report)
XƏBƏRLƏR
BLOGLAR