Xəbər lenti

Dünya 11:39 20.04.2018

"Youtube"dakı videosu sayəsində 40 il sonra ailəsinə qovuşdu

26 yaşında ailəsinə və ətrafındakılara məlumat vermədən evdən çıxıb gedən Xamdram Qanbhir Sinx Mumbay küçələrində mahnı oxuyarkən çəkilən videosunun "Youtube"da yayılmasının ardından 40 il sonra ailəsinə qovuşub.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Sinxi təsadüfən internetdə qardaşı Xamdram Kulaçandra görüb.

"Videonu görəndə gözlərimə inanmadım. Onu yenidən sağ görə biləcəyimizə dair bütün ümidlərimizi itirmişdik", - deyə o, "The Hindu" qəzetinə verdiyi açıqlamada bildirib.

Küçə fotoqrafı Firoz Şakrinin verdiyi məlumatdan sonra polis araşdırmalara başlayıb və stansiyaların birində tapıb.

"Onu dəmiryol stansiyalarından birinin önündə tapdıq. Pis vəziyyətdə idi, yaxşı deyildi", - axtarışa nəzarət edən polis rəisi Pandit Thakaray deyib.

O, Hindistan ordusunun keçmiş hərbi qulluqçusu olan Sinxin ailə qurduqdan sonra xoşbəxt olmadığı üçün evini tərk etdiyini və o zamandan bəri ya dilənərək, ya da günlük işlərdə çalışaraq Mumbayda özünü dolandırdığını söyləyib.

Ailəsi ilə telefonda danışdıqdan sonra 66 yaşlı Sinx ailəsinin yanına göndərilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->