Ölkə 09:00 25.11.2021

Yük maşınları qəza törətdi - Bu yolda sıxlıq yarandı (FOTO)

Böyük Şor qovşağından başlayaraq 20 Yanvar dairəsi istiqamətində Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. 

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, sıxlıq Z.Bünyadov prospektində yük avtomobillərinin iştirakı ilə baş verən yol nəqliyyat hadisəsi səbəbindən yaranıb. 

Tıxac bu istiqamətdə müntəzəm marşrut xətləri üzrə avtobusların da intervalında ləngimələrə səbəb olub.