İdman 17:51 08.08.2020

"Yuventus" baş məşqçisini istefaya göndərdi

"Yuventus" az əvvəl baş məşqçisi Maurisio Sarrini istefaya göndərməsi ilə bağlı rəsmi açıqlama yayıb.

Qaynarinfo klubun saytına istinadən xəbər verir ki, rəsmi açıqlamada 61 yaşlı mütəxəssisə kluba ölkə çempionluğu yaşatdığı üçün təşəkkür edilib.

Qeyd edək ki, Sarri 2019-cu ilin yayından Turin təmsilçisini çalışdırırdı.