A Seriyasının komandalarından olan "Yuventus"un maliyyə əməliyyatlarında yol verdiyi pozuntulara görə istintaq araşdırmalarına başlanılıb.
Qaynarinfo xəbər verir ki, istintaqda araşdırılan transferlərdən biri də Arturun hazırda "Beşiktaş”ın formasını geyinən Miralem Pyaniçlə mübadiləsi olduğu bildirilib.
İtaliya mətbuatında yer alan xəbərlərə görə, İtaliya Maliyyə Polisi (Guardia di Finanza) qrupları, Turin Baş Prokurorluğunun verdiyi göstəriş çərçivəsində bu şəhərdə və Milanda yerləşən "Juventus"un ofislərində maliyyə əməliyyatlarında pozuntuların araşdırılması ilə bağlı axtarışlar aparıb.
Axtarışlardan əlavə, "Yuventus”un prezidenti Andrea Anyelli, vitse-prezident Pavel Nedved və klubun keçmiş idman direktoru Fabio Paratiçi də daxil, 6 nəfərin istintaqa cəlb olunduğu bildirilib. Klubun 2019-2021-ci illər arasında təsdiq edilmiş maliyyə hesabları və cədvəllərinin araşdırıldığı, xüsusilə futbolçu transferləri və bu transferlərin həyata keçirilməsində vasitəçilik edən şirkətlərin fəaliyyətlərinə diqqət yetirildiyi vurğulanıb.
"Corriere dello Sport"un xəbərinə görə, araşdırılan transferlərdən birinin 2020-ci ildə braziliyalı Arturun "Barselona" və İspaniya La Liqa komandalarından Miralem Pyaniç ilə dəyişdirilməsi olduğu bildirilib. İtaliyanın ANSA agentliyinin xəbərində isə, 2021-ci ilin may ayında başlayan və "Prisma" adlandırılan araşdırma çərçivəsində ofisin yerləşdiyi binada axtarışların aparıldığı, "Yuventus"un həm də birjada fəaliyyət göstərən bir şirkət olması iddiası səbəbindən klubun siyahıya alındığı bildirilib.
Bu arada, İtaliya Bazarına Nəzarət Agentliyinin (CONSOB) və İtaliya Futbol Federasiyasının Peşəkar Futbol Klublarına Nəzarət Komissiyasının (COVISOC) da araşdırmalara başladığı bildirilir.
Səbuhi Həsənov
Şərhlər