ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahunun Vaşinqtona səfərindən öncə "Yüz İlin Sazişi" planını açıqlayacağını bildirib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, o, məsələni Fələstin tərəfi ilə də müzakirə etdiyini və sazişin şərtlərində onlara da bir çox təşfiqlər təklif olunduğunu deyib.
"Öncə mənfi reaksiya verəcəklərinə əminəm, lakin bu saziş onların da xeyrinədir. Sazişlər bağlamağı sevirəm. Bu da çox böyük və həqiqətən işə yarayacaq bir razılaşmadır", - deyə Tramp bildirib.
Qeyd edək ki, İsrailin baş naziri Binyamin Netanyahu və Mavi-Ağ İttifaqının lideri Benni Qantz ABŞ administrasiyası ilə "Yüz İlin Sazişi"ni müzakirə etmək üçün yanvarın 28-də Vaşinqtonda olacaqlar.
ABŞ Prezidenti Donald Trampın İsrail-Fələstin məsələsinə həll yolu tapmaq məqsədilə hazırladığı "Yüz İlin Sazişi" planının detalları dəqiqləşməsə də beynəlxalq mətbuatda bununla bağlı bir sıra məlumatlar yer alıb. Xəbərlərə görə, saziş Qüdsün hamısının İsrailə verilməsini və İordan çayının qərb sahilində yəhudilərin yerləşməsinə icazə verilməsini özündə ehtiva edir. Fələstin Prezidenti Mahmud Abbasın "Əsrin şapalağı" adlandırdığı planda bəzi iqtisadi yardımlardan başqa fələstinlilərin xeyrinə heç bir şey olmadığı bildirilir.
Camal
Şərhlər