Dünya 18:12 11.03.2018

Yüzlərlə qadının çılpaq görüntülərini oğurlayan haker həbs olundu

İsrailin paytaxtı Təl-Əvivdə qadın alt paltarları satan bir mağazanın geyim kabinetlərinin kamera görüntülərini oğurlayıb, yüzlərlə qadının çılpaq videolarını internetə sızdıran 41 yaşlı manyak haker həbs olunub.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, görüntüləri yayılan qadınlar arasında məşhur simalar da olub.

Müğənni Eden Ben Zaken və model Neta Alçimisterin də olduğu görüntülər internetdə populyarlaşdıqdan sonra məsələ polisin də diqqətini çəkib.

Aparılan araşdırma zamanı məlum olub ki, kamera nəzarət proqramının standart parolu dəyişdirilmədiyindən, onun kodunu qırmaq haker üçün elə də çətin olmayıb.

Hadisədən sonra ölkədə soyunub-geyinmə kabinetləri kimi yerlərə təhlükəsizlik kameralarının quraşdırılmasını qadağan edən qanun layihəsinin hazırlanması üçün imzatoplama kampaniyasına başlanıldığı məlum olub.