Millət vəkili Zahid Oruc Azərbaycan Prezidentliyinə namizədliyini irəli sürəcəyini bəyan edib.
Qaynarinfo-nun verdiyi xəbərə görə, millət vəkili seçkilərdə müstəqil namizəd kimi qatılmaq fikrindədir.
Qeyd edək ki, 12 avqust 2013-cü ildə müstəqil qaydada öz təşəbbüsü ilə Azərbaycan Respublikası prezidentliyinə namizədliyini irəli sürərək sənədlərini MSK-ya təqdim edən Zahid Oruc təmsil etdiyi Ana Vətən Partiyasının sıralarından çıxıb.
Ana Vətən Partiyasının ötən gün keçirilən Ali Məclisində isə ölkənin hazırkı prezidenti İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə qərar qəbul edilib.
Şərhlər