Foto 12:01 21.09.2019

Zakir Həsənov cəbhə zonasında (FOTOLAR)

Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığının icrası ilə əlaqədar Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada tikintisi davam edən bir neçə hərbi obyektdə olublar.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tikinti işlərinin gedişatını yoxlayan Müdafiə naziri inşaat işlərinin keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.