Ölkə 14:10 19.01.2020

Zaqatala seçkiləri: Online səsvermədə ilginc gedişat

110 saylı Zaqatala seçki dairəsi üzrə iddialılar arasında facebook sosial şəbəkəsi üzərindən reallaşan onlayn səsvermədə gözlənilməz nəticələr qeydə alınıb.

Adıçəkilən dairədən namizədlər Elşən Musayev və Nurlana Cəlil arasında keçirilən səsvermədə adı siyahıda olmasa da digər namizəd Fariz Həsənli Zaqatala seçiciləri tərəfindən daha çox xatırlanıb.

Zaqatalalı seçicilər Fariz Həsənlinin adının sorğuya salınmamasına etiraz ediblər və məhz onu millət vəkili görmək istədiklərini vurğulayıblar. Paylaşımın şərh bölməsində bir çox iştirakçılar adı olmamasına baxmayaraq Farizi Həsənlini səsvermənin qalibi elan ediblər.

Bildirək ki, onlayn səsvermə azxeber.com saytının facebook səifəsi üzərindən reallaşıb.