Xəbər lenti

Dünya 10:33 02.08.2021

Özbəkistanda terrorçulara qarşı Rusiya ilə birgə hərbi təlimlər başladı

Rusiya və Özbəkistanın hərbi təlimləri bu Orta Asiya Respublikasının dağlıq bölgəsi olan Termezdə başlayıb. 

Qaynarinfo xatırladır ki, bu ərazi Özbəkistanın Surxandarya vilayətində, Əfqanıstanla sərhəddə yerləşir.

Mərkəzi Hərbi Dairənin verdiyi xəbərə görə, təlimlərin iştirakçılarını Mərkəzi Hərbi Dairə Baş Qərargah rəisinin müavini, general-mayor Nikolay Tereşenko və Özbəkistan Müdafiə nazirinin döyüş hazırlığı üzrə müavini, polkovnik Kadır Tursunov qarşılayıblar. Onlar tədbirin iki ölkə arasında əməkdaşlığı gücləndirməli olduğunu bildiriblər.

Təlimlərdə Rusiya və Özbəkistandan təxminən 1,5 min hərbçi iştirak edəcək. Rusiyalılar verilən tapşırıqları Özbəkistan hərbi texnikasından istifadə edərək yerinə yetirəcəklər.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->