Ukrayna Prezidenti Vladimir Zelenski dövlət başçısı vəzifəsindən istefa verməsinin şərtini açıqlayıb.
Bu barədə o, "The Timesof Israel” qəzetinə müsahibəsində danışıb.
"Məni hər hansı siyasi məsələdə yox, həqiqi korrupsiya ilə ittiham etsələr - həqiqətən baş verən bir hadisə ilə əlaqədar olsa, konstitusiyaya görə istefa verməli olacağam”, - deyə o, bəyan edib.
Zelenski hakimiyyətə gələnə qədər Ukrayna prezidenti vəzifəsini yalnız könüllü olaraq tərk edə bilərdi, baxmayaraq ki, ölkə Konstitusiyası impiçment imkanını təmin edir. 2019-cu ilin sentyabrında Ukraynanın Ali Radası Zelenskinin təklif etdiyi impiçment haqqında qanunu qəbul edib.
Sənədə əsasən, parlament prezident tərəfindən törədilən dövlətə xəyanət və ya digər cinayət faktlarının araşdırılması üçün xüsusi müvəqqəti istintaq komissiyası yaradacaq.
Prezident də öz növbəsində müdafiəçilərin xidmətlərindən istifadə edə bilər.
Həmçinin, iclasda dövlət sirri açıqlanmayacağı təqdirdə impiçment dinləmələri açıq olmalıdır. (oxu.az)
Şərhlər