Ukrayna hərbi pilotsuz dronlar istehsal etməyə hazırlaşır.
Qaynarinfo xəbər verir ki, bu haqda Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
"Biz Ukraynada müasir hərbi pilotsuz dronların istehsalı üzrə zavodumuzun tikintisinə başlayırıq”, - o deyib.
Söhbət Türkiyənin "Baykar Makina” şirkəti ilə "Bayraktar TB2” hücum pilotsuz dronlarının təmiri və istehsalı üzrə birgə müəssisədən gedir.
Kiyev yaxınlığında yerləşən zavod gələn ilin sonunda işə başlayacaq.
Alpər
Şərhlər