Dünya 15:00 07.12.2021

Zelenskidən anons: “Türkiyə ilə birgə hərbi dronların istehsalı başlayır”

Ukrayna hərbi pilotsuz dronlar istehsal etməyə hazırlaşır.

Qaynarinfo xəbər verir ki, bu haqda Ukrayna prezidenti Vladimir Zelenski bildirib. 

"Biz Ukraynada müasir hərbi pilotsuz dronların istehsalı üzrə zavodumuzun tikintisinə başlayırıq”, - o deyib.

Söhbət Türkiyənin "Baykar Makina” şirkəti ilə "Bayraktar TB2” hücum pilotsuz dronlarının təmiri və istehsalı üzrə birgə müəssisədən gedir.
Kiyev yaxınlığında yerləşən zavod gələn ilin sonunda işə başlayacaq.
 
Alpər