“Zəngəzur” sənədli filmi sosial şəbəkələrdə (VİDEO)
"Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi "Zəngəzur” sənədli filmini sosial şəbəkələrdə paylaşaraq, ictimaiyyətə təqdim edib.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun şöbə müdiri Nazim Xəlilovun Qaynarinfo-ya verdiyi məlumata görə, Azərbaycan, rus və ingilis dillərində olan film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Tarix İnstitutu və "Virtual Qarabağ” İKT Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində hazırlanıb.
Sənədli filmin baş məsləhətçisi Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifi tarixçi alim Nazim Mustafa, quruluşçu rejissoru isə Teymur Nəcəfzadədir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər